25 
iyn
2023
12:18
387

20 yaşlı arvadını və 8 aylıq körpəsini qətlə yetirən şəxslə bağlı QƏRAR

25 iyn, 2023
12:18
387

20 yaşlı arvadını və 8 aylıq körpəsini qətlə yetirən şəxslə bağlı QƏRAR

Abşeron rayonunda həyat yoldaşı və 8 aylıq körpəsini öldürdükdən sonra intihara cəhd etməkdə şübhəli bilinən Fərid Hüseynlinin barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
 
Den.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
 
Qeyd edilib ki, hazırda F.Hüseynlinin Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsi davam etdirilir.
 
Qeyd edək ki, hadisə iyunun 20-si saat 19 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.
 
Belə ki, 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
 
Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar