25 
iyn
2023
14:55
437

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Qubada Yol idarəsini məhkəməyə verdi

25 iyn, 2023
14:55
437

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Qubada Yol idarəsini məhkəməyə verdi -FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Qubada Yol idarəsini məhkəməyə verdi

Bu barədə "Den.az"-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Quba rayonunun Amsar kəndində fəaliyyət göstərən “11 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi” MMC-yə məxsus asfalt-beton zavodunda təmizləyici qurğu quraşdırılmadığından havaya normadan artıq tullantı atıldığı müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib, zavodun hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Quba rayon Məhkəməsinə göndərilib.

 Zavodda təmizləyici qurğunun quraşdırılması və nöqsanların aradan qaldırılması üçün asfalt-beton zavodun rəhbəri Hikmət Seyidova məcburi göstəriş verilib.

Aydın Adıgözəlov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar