27 
iyn
2023
18:38
591

Bakının mərkəzində maşın yandı - ANBAAN VİDEO

27 iyn, 2023
18:38
591

Bakının mərkəzində maşın yandı - ANBAAN VİDEO

Yasamal rayonu ərazisində avtomobil yanıb.

Den.az bildirir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilib ki, hadisə Sədərəkdən Yasamala dönən istiqamətdə baş verib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən  bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yasamal rayonu, Kənar Dairəvi yolda minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
[video=]

Dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın nəticəsində "RENAULT" markalı avtomobilin mühərrik hissəsi və salonu yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar