28 
iyn
2023
15:58
274

Qubada müqəddəs "Qurban bayramı" münasibətilə heyvan kəsimi yerləri fəaliyyət göstərir

28 iyn, 2023
15:58
274

Qubada müqəddəs "Qurban bayramı" münasibətilə heyvan kəsimi yerləri fəaliyyət göstərir - FOTO VİDEO

Qubada müqəddəs "Qurban bayramı" qeyd edilir.

Qubada səhər saatlarından bir neçə yerdə, Quba-Qonaqkənd avtomobil yolunun başlanğıc hissəsində müqəddəs "Qurban bayramı" münasibətilə heyvan kəsimi yerləri fəaliyyət göstərir.


“Den.az”-ın Şimal bürosunun məlumatına görə, rayonun nəzərdə tutulmuş yerlərində heyvanlar satışa çıxarılıb, alıcılar dedikləri qurbanlıq heyvanları alıb, kəsmək üçün müraciət edirlər.
Alıcıların dediklərinə görə, qiymətlər 14-16 manat arasında dəyişir ki, bu da münasibdir.
Satıcılar da alverin gedişatından razıdırlar.
Həmçinin, bu proseslərə baytar həkimlər tərəfindən nəzarət edilir.
 Qeyd edək ki, Azərbaycanda və müsəlman ölkələrində müqəddəs Qurban bayramı qeyd olunur.

Aydın Adıgözəlov

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar