28 
iyn
2023
18:30
179

Çimərlikdə avtoxuliqanlıq edən şəxs həbs edildi - VİDEO

28 iyn, 2023
18:30
179

Çimərlikdə avtoxuliqanlıq edən şəxs həbs edildi - VİDEO

Çimərlikdə avtoxuliqanlıq edən şəxslə bağlı qərar qəbul edilib.

Bu barədə Den.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, çimərlikdə təhlükəli manevrlər edən nəqliyyat vasitəsinin sürücüsünə Xəzər rayon məhkəməsi tərəfindən 15 sutka inzibati həbs təyin olunub:

“Ötən gün avtoxuliqanlıq edən şəxslə bağlı qərar qəbul edildi. Xəzər Rayonu Dövlət Yol Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində 511-ci maddənin 3-cü bəndinə uyğun olaraq protokol açılıb. Xəzər rayonu məhkəməsi tərəfindən ona 15 sutka inzibati həbs seçilib. Şəxs bir il müddətinə sürücülük hüququndan məhrum edilib”.

Xatırladaq ki, ötən gün Xəzər sahilindəki çimərliklərin birində təhlükəli anlar yaşanıb. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə bir nəfərin ağ rəngli VAZ-21074 markalı avtomobili ilə insanların istirahət etdikləri məkanda avtoxuliqanlıq etdiyi əks olunub.
Həmin görüntüləri təqdim edirik:
[media=]

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar