28 
iyn
2023
20:55
311

Gəncədə tələbə oğlan kafe işlədən şəxsi öldürüb

28 iyn, 2023
20:55
311

Gəncədə tələbə oğlan kafe işlədən şəxsi öldürüb - FOTO VİDEO

Gəncə şəhərində qətl hadisəsi baş verib.
Den.az Xezerxeber.az-a istinadən xəbər verir ki,hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən kafedə baş verib.
Kafeni işlədən Şəmkir rayon sakini Kamil Cəfərova aralarında yaranan mübahisə zamanı Zəngilan rayon sakini Samir Hüseynov tərəfindən bir neçə bıçaq zərbəsi endirilib. Nəticədə kafenin sahibi hadisə yerində ölüb.
Gəncədəki universitetlərdən birinin tələbəsi olan Samir Hüseynovun kafedə müvəqqəti günəmuzd işlədiyi bildirilir. İlkin ehtimala görə, mübahisə tərəflərdən birinin söyüş söyməsi nəticəsində qızışıb. Hadisə ilə əlaqədar kafenin fəaliyyəti dayandırılıb.
Hadisəni törətməkdə təqsirləndirilən 19 yaşlı Samir Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar