29 
iyn
2023
18:15
190

XİN Paşinyanın cavabını verdi

29 iyn, 2023
18:15
190

XİN Paşinyanın cavabını verdi

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 29 iyun tarixli iclasında guya Azərbaycanın bölgədə vəziyyəti gərginləşdirdiyi, erməni sakinlərə qarşı “etnik təmizləmə” siyasəti həyata keçirdiyi, bölgənin “blokadada” saxlandığı barədə növbəti dəfə səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik.

Den.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazilrliyinin paylaşdığı bəyanatda bildirilir.

"27 iyun tarixində Ermənistanın öhdəliyinə zidd olaraq Azərbaycan ərazisindən hələ də tam olaraq çıxarmadığı erməni silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan hərbçisinin yaralanması bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsi ilə yanaşı, xarici işlər nazirləri arasında ABŞ-da aparılan danışıqlara mane olmaq cəhdidir.

Qeyd edilən təxribata cavab olaraq, Azərbaycan tərəfinin erməni silahlı birləşmələrinə qarşı gördüyü tədbirlərin “etnik təmizləmə” kimi qələmə verilməsi absurddur. Bununla yanaşı, Laçın sərhəd buraxılış məntəqəsindən erməni sakinlərin tənzimlənən və şəffaf qaydada hər iki istiqamətdə keçməsinin Ermənistan tərəfindən həzm edilmədiyi məlumdur. Bu xüsusda, bölgədə “gərgin humanitar vəziyyət” olduğu barədə aparılan saxta təbliğatın da heç bir əsası yoxdur.

Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır",- deyə bəyanatda vurğulanır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar