29 
iyn
2023
18:41
405

Bakıda iri qaya parçası qoparaq yola düşdü, 3 avtomobil zərər gördü

29 iyn, 2023
18:41
405

Bakıda iri qaya parçası qoparaq yola düşdü, 3 avtomobil zərər gördü -ANBAAN GÖRÜNTÜ

İri qaya parçası qoparaq yola düşüb. 

"Den.az" saytının qaynar xəttinə gələn məlumatda bildirilir ki, hadisə Qazax-Bakı yolunun 503-cü km-də ötən gecə 00:35 radələrində baş verib.

Belə ki, Bakı Avtovağzalının üst tərəfi ilə Sədərək TM-ə doğru gedən yolda gecə saatlarında iri qaya parçası qəfil qoparaq həmin yoldan istifadə edən avtomobillərə dəyib. Nəticədə bir neçə avtomobil ciddi zərər görüb. 

Hadisə yerinə DİN-nin əməkdaşları, FHN-nin xilasediciləri və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Xəsarət barədə hələki məlumat yoxdur.

Həmin hadisədən görüntüləri sizə təqdim edirik:


 

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar