iyl
2023
17:25
176

"Azərbaycan polisi hər zaman dövlətin və xalqın keşiyində dayanıb-FOTOLAR

1 iyl, 2023
17:25
176

"Azərbaycan polisi hər zaman dövlətin və xalqın keşiyində dayanıb-FOTOLAR

Şirvan şəhərində, Salyan və Ucar rayonlarında Daxili İşlər Nazirliyinin yaranmasının 105 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilib. 

"Den.az" xəbər verir ki, tədbirlərin əvvəllərində polis əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.
Daha sonra keçirilən tədbirlərdə çıxış edən şöbə rəisləri polis əməkdaşlarını Azərbaycan Polisinin 105 illiyi münasibəti ilə təbrik edərək, daxili işlər orqanlarının keçdiyi şərəfli xidmət yolundan, sabitliyin, əmin-amanlığın qorunması istiqamətində fədakar xidmətlərindən danışıblar. 
Tədbirlərdə iştirak edən digər qonaqlar da öz çıxışlarında daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirərək, polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Görüşlərin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.







Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar