iyl
2023
22:34
184

Fransada 4 min nəfər SAXLANILIB

5 iyl, 2023
22:34
184

Fransada 4 min nəfər SAXLANILIB

Fransada ötən həftədən başlayan iğtişaşlar dayandırılıb.
 
Den.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Gerald Darmanin məlumat verib .
 
O, ölkədəki vəziyyətin sakit olduğunu bildirib. Nazirin sözlərinə görə, iğtişaşlar zamanı 4 min nəfər saxlanılıb, saxlanılan şəxslərinin orta yaşı 17-dir. 
 
Nazir vurğulayıb ki, saxlanılanların 10%-i Fransa vətəndaşı deyil.
 
İlkin hesablamalara görə, iğtişaşlar nəticəsində Fransa iqtisadiyyatına 1 milyard avrodan çox ziyan dəyib, 200 mağaza talan edilib, 300 bank filialı zədələnib.
 
Xatırladaq ki, Fransada etirazlar iyunun 27-də başlayıb. Buna səbəb 17 yaşlı Nahel adlı gəncin polis tərəfindən qətlə yetirilməsi olub. Təhlükəli ərazilərdə əyləncə tədbirləri ləğv edilib, gecə saatlarında ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bəzi kommunalarda komendant saatı tətbiq edilib.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar