10 
iyl
2023
10:42
131

Dənizə gedənlərə XƏBƏRDARLIQ

10 iyl, 2023
10:42
131

Dənizə gedənlərə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. 

Den.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah Bakı şəhəri və Abşeron yarımadasında külək əsəcəyi, arabir güclənəcəyi gözlənilir.


“Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır.

Həmçinin, güclü külək baş verən yanğınların söndürülməsi əməliyyatını çətinləşdirdiyindən küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə qeyd olunur.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar