10 
iyl
2023
10:45
180

Əli Əliyevlə bağlı Ali Məhkəməyə şikayət daxil oldu

10 iyl, 2023
10:45
180

Əli Əliyevlə bağlı Ali Məhkəməyə şikayət daxil oldu

Fəaliyyətini dayandırmış Vətəndaş və İnkişaf Partiyasının (VİP) sabiq sədri Əli Əliyev barəsində daha əvvəl çıxarılmış hökmdən kassasiya şikayəti verib.

Den.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəməyə daxil olub və hakim Vidadi Cəfərovun icraatına verilib


Məhkəmənin ilkin hazırlıq iclası iyulun 13-nə təyin edilib.
Qeyd: Fəaliyyətini dayandırmış VİP-in sabiq sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

Ötən il noyabrın 22-də Sabunçu Rayon Məhkəməsində Əli Əliyevi Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən zərər vermə) maddəsi ilə təqsirli bilinərək 3 il 5 ay müddətinə azadlıqan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Sonradan hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyuşovun iddiası ilə Əli Əliyevin cəzası 1 ilədək artırılıb. Ötən ilin avqustda ona qarşı dördüncü cinayət işi açılıb.

Prezident İlham Əliyev bu il mayın 8-də imzaladığı Sərəncama əsasən, Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Əli Əliyev əfv olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar