11 
iyl
2023
16:32
261

Xəzər dənizi ilə bağlı FÖVQƏLADƏ VƏZİYYƏT elan edildi

11 iyl, 2023
16:32
261

Xəzər dənizi ilə bağlı FÖVQƏLADƏ VƏZİYYƏT elan edildi

Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi fəsadlara yol aça bilər. Son vaxtlar Xəzər dənizində suyun azalması dayazlaşmaya səbəb olub. Bununla əlaqədar Qazaxıstanın Aktau şəhərində fövqəladə vəziyyət elan edilib. Xəzər dənizində geriçəkilmə təkcə iqtisadi ziyanlar gətirmir, həm də ekosistemə ciddi təhdidlər yaradır.

Təcrübə göstərir ki, hər iki yüz ildən bir Xəzərin səviyyəsində dəyişiklik baş verir. Xəzər dənizini canlı orqanizm hesab etsək, deməli, bu proseslər təbiidir. Mütəxəsislər bildirirlər ki, Xəzər dənizində ən hündür səviyyə 1830-cu ildə müşahidə olunub. Amma həmin tarixdən sonra dənizin səviyyəsi sürətlə düşüb. Xəzərdə ən çox qabarmalar 1978-1995-ci illərə təsadüf edir.

Xəzərin okeanla əlaqəsi olmasa da, özü-özünü tənzimləyir. Şimalda Volqa, cənubda isə Kür çayı vasitəsi ilə qidalanan Xəzərdə səviyyənin aşağı düşməsi də bu çaylarda sululuğun azalmasıyla izah olunur. Son vaxtlar yağıntıların miqdarının da azalmasını nəzərə alsaq, dənizin geri çəkilməsi hələ bir müddət davam edəcək. Alimlər enmə prosesini 2050-ci ilə qədər davam edəcəyini proqnozlaşdırırlar.

Deməli, Xəzərdə ekosistemin məhv olma təhlükəsi var. Suyun azalması bioloji resurslara təsirsiz ötüşməyəcək. Dəniz canlıları ciddi itki ilə üz-üzə qalacaq. Dəniz geri çəkildikcə balıqların çayların deltalarına çıxaraq kürü tökmə prosesində problemlər yaranacaq. Təəssüf ki, geriçəkilmənin qarşısını almağa heç bir qüvvə kömək edə bilməyəcək.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar