12 
iyl
2023
13:13
127

Dünyanın ən kiçik 5 ölkəsi

12 iyl, 2023
13:13
127

Dünyanın ən kiçik 5 ölkəsi

Ölkə dedikdə insanların əksəriyyəti milyonlarla əhalisi, izdihamlı şəhərləri olan dövlət düşünür.


Lakin heç də belə deyil. Olduqca kiçik, əhalisi az olan bir sıra ölkələr mövcuddur.



Den.az Bakupost.az-a istinadən dünyanın ən kiçik ölkələrini təqdim edir.




VATIKAN

İtaliya tərəfindən tamamilə quru sərhədlə əhatələnib. Nizamlı hökuməti, prezidenti mövcuddur. Yerli əhalisi olmadığı üçün dünyadaakı digər bütün ölkələrdn fərqli bir nizama malikdir. Papa tərəfindən idarə edilir.





MONAKO

Bu kiçik ölkə Ağdəniz vasitəsilə Fransa ilə sərhəd təşkil edir. İtaliyaya da yaxında yerləşir. Ona görə də, Monako əhalisi həm fransız, həm də italyan dillərində danışır. Kiçik amma izdihamlı olan bu ölkə lüks yaşam və qumarxanaları ilə çox sayda turist cəlb edir.




Nauru

Havay və Avstraliyanın arasında yerləşən ölkənin rəsmi paytaxtı yoxdur. Ölkənin ətrafını dolaşmaq üçün sadəcə yarım saat kifayət edir. Buraya səfər edən turistlər günlərini balıq tutaraq və üzərək keçirə bilərlər. Bundan başqa bir fəaliyyət tapmaq çətindir.




Tuvalu

Sakit okeanda 9 kiçik adadan ibarətdir. Adaların ən böyüyü olan Funafuti ölkənin paytaxtıdır. Ölkədə 12 min insan yaşayır. Ən hündür nöqtəsi dəniz səviyyəsindən bir neçə metr yüksəklikdədir.




San Marino

İtaliya sərhədləri daxilində, Titano dağında yerləşir. Ölkənin sahəsi cəmi 61 kvadrat kilometrdir. Buna baxmayaraq, beynəlxalq idman komandaları və təlim keçmiş ordusu var.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar