15 
iyl
2023
15:05
234

Nadir Qafarzadə: "Tələb edirəm, o qadını işinə qaytarın" — VİDEO

15 iyl, 2023
15:05
234

Nadir Qafarzadə: "Tələb edirəm, o qadını işinə qaytarın" — VİDEO

"Bu hadisə Türkiyədə baş versəydi, işçini heç vaxt vəzifəsindən azad etməzdilər".

Den.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə Naxçıvanda Bayraq Muzeyində işçinin türkiyəli turisti təhqir etdikdən sonra işdən qovulmasına münasibət bildirirərkən deyib. O, qovulan muzey əməkdaşının işə qaytarılmasını tələb edib:

“Bu yazıq qız turistə nə dedi ki? “Çujoy paxmel" (güdaza getmək) buna deyirlər. Yenə bir qadın işsiz qaldı. Mən şəxsən təhqir eşitmədim, bəs siz? Bir də ki hər türkcə danışan və vətəndaş olan türk demək deyil. Azərbaycanlı qızının işə qayıtmasını tələb edirəm. Xəbərdarlıq etmək olardı. Belə olmaz.

Qeyd edək ki, Elif adlı Türkiyə vətəndaşı sosial şəbəkə hesabında video paylaşaraq təhqirə məruz qaldığını bildirib. Sözügedən videonun yayılmasından sonra muzeyin işçisi Asudə Məhərrəmli vəzifəsindən azad olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar