17 
iyl
2023
14:03
275

Bakı-Qazax yolunda avtobus nə üçün arxa-arxaya sürüb? - SƏBƏB - VİDEO

17 iyl, 2023
14:03
275

Bakı-Qazax yolunda avtobus nə üçün arxa-arxaya sürüb? - SƏBƏB - VİDEO

Bakı-Qazax-Gürcüstan magistral yolunda avtobus arxa-arxaya hərəkət edib.

Den.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Hadisə ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə əlaqə saxladıq.

İdarənin ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, video nasazlıq yaranmış avtobusun təxliyəsi zamanı çəkilib:

"Baş DYP İdarəsindən bildirildi ki, 14.07.2023-cü il tarixdə Bakı-Qazax-Gürcüstan avtomobil yolunda hərəkət edən “Daewoo” markalı, 99-LT-928 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda nasazlıq yaranıb və bu səbəbdən də onun evakuasiyası təmin edilib. Sosial şəbəkələrdə yayılan görüntü də avtobusun evakuasiya edilməsi zamanı qeydə alınıb".

Sözügedən videonu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar