21 
iyl
2023
01:09
177

Şərur rayonunda güclü yanğın baş verib-VİDEO

21 iyl, 2023
01:09
177

Şərur rayonunda güclü yanğın baş verib-VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Diyadin kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.


"Den.az" xəbər verir ki, dərhal əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ot bağlamalarında baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik tikililərə keçmə riski yüksəkdir.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 600 ədəd ot bağlamasından 300-ü yanıb. 300 ədəd ot bağlaması, ümumi sahəsi 78m² olan təsərrüfat obyekti və orada olan 5 ədəd iribuynuzlu heyvan, ümumi sahəsi 70m² olan qaraj və yardımçı tikili yanğından mühafizə olunub.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar