22 
iyl
2023
13:09
226

Yaşayış binasında güclü partlayış, xəsarət alan var - VİDEO

22 iyl, 2023
13:09
226

Yaşayış binasında güclü partlayış, xəsarət alan var - VİDEO

Bu gün səhər saatlarında FHN-in qaynar xəttinə İmişli şəhəri, Tofiq İsmayılov küçəsində yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Den.az nazirliyə istinadən xəbər verir ki, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40m² olan ikiotaqlı mənzilin mətbəxində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi və mənzildə bir nəfərin xəsarətlərlə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən xüsusi vasitələrin köməyi ilə partlayış baş verən mənzilin giriş qapısı operativ qaydada açılaraq xəsarətlər almış 1993-cü il təvəllüdlü Musayev İlyas Azay oğlu xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.


Hadisə nəticəsində partlayış dalğasının təsirindən mətbəxin qapı və pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib.
Əməliyyat şəraitinə uyğun olaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar