Xəbərin Kateqoriyası: Tibb (Sağlamlıq)

Kimə əncir yemək olmaz?

Ən qədim mədəni bitki olan əncirin faydaları saymaqla bitməz. Lakin bəzən hətta belə faydalı və müalicəvi meyvə də insana ziyan vura bilər.

Əncirin istehlakı bəzi xəstəliklər və pozulmalar zamanı arzuolunmaz sayılır. Den.az sizə bu xəstəliklərin siyahısını təqdim edir:

- Əncirin şirin növləri şəkərli diabetin ağır formalarında ziyan vura bilər.

- Əncir turşəng turşusu ilə zəngin olduğundan podaqra xəstələri üçün faydalı sayılmır.

- Miqrendən əziyyət çəkirsinizsə, əncir yeməyin. Bəzi qida məhsulları, məsələn, pendir, şokolad və o cümlədən əncir miqren turmasının inkişafına təkan verə bilər.

- Böyrək daşı xəstəliyi zamanı əncirin istehlakı tövsiyə edilmir. Bunun səbəbi əncirin tərkibində olan oksalatlardır.

- Həmçinin əncirin istehlakı öd daşı xəstəliyi zamanı da arzuolunmaz sayılır.

- Mədə-bağırsaq sistemi xəstəlikləri zamanı (qastrit, xora xəstəliyi, pankreatit) əncirin istehlakı xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

- Nadir hallarda olsa da əncir allergik reaksiyalara səbəb ola bilər.

- Əncirin çoxlu miqdarda istehlakı ishala səbəb ola bilər. Məhz bu səbəbdən uşaq əmizdirən analar da çox əncir yeməməlidir.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız