24 
iyl
2023
12:13
161

Bakıda qəssab ət borcuna görə müştərini ət yerindən asdı

24 iyl, 2023
12:13
161

Bakıda qəssab ət borcuna görə müştərini ət yerindən asdı

Bakıda qəssab ət borcuna görə vətəndaşı döyərək, ət asılan yerdən asıb. 

Den.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, hadisə Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən ət kəsimi və satışı mağazasında baş verib. 

1991-ci ildə Tərtər rayonu, Sevdimli kəndində anadan olmuş Yusub Cəlalov (ad-soyad şərti) həmkədlisi Elsəvərə (şərti) bu ilin may ayında 180 manat dəyərində nisiyə ət verib. Elsəvər borucunu qaytara bilmədiyi üçün iyulda Yusuba 100 manat dəyəri olan qol saatı satıb. Saat işləmədiyi üçün bir gün sonra Yusub Elsəvəri işlədiyi mağazaya çağırıb. O, saatın işləmədiyini deyərək, geri qaytarmaq istədiyini bildirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Yusub Elsəvərə ətə görə 180 manat borcunun olduğunu bildirib və həmin pulu da tələb edib. Lakin Elsəvər ətə görə 180 manat yox, 60 manat borcu olduğunu deyib.


Bundan qəzəblənən Yusub Elsəvəri döyüb, ət yerindən asıb. Elsəvər qəssab barəsində polisə şikayət edib və iş protokllaşdırılaraq məhkəməyə göndərilib. 

Məhkəmədə də Elsəvər Yusubdan şikayətçi olduğunu dilə gətirib. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirlərinin tətbiq olunmasını xahiş edib. 

Məhkəmə Yusubu İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli biliərək, 300 manat məbləğində cərimə edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar