24 
iyl
2023
18:49
193

Azərbaycanda hərbi zavodda baş vermiş partlayışla bağlı - YENİ AÇIQLAMA

24 iyl, 2023
18:49
193

Azərbaycanda hərbi zavodda baş vermiş partlayışla bağlı - YENİ AÇIQLAMA

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Den.az xəbər verir ki, Bbu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hazıra iş üzrə ibtidai istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar