27 
iyl
2023
17:27
328

Abşeronda “İstedadlı Əlillər” -in sərgisi təşkil olunub-FOTO

27 iyl, 2023
17:27
328

Abşeronda “İstedadlı Əlillər” -in sərgisi təşkil olunub-FOTO

“İstedadlı Əlillər İctimai Birliyi”nin Abşeron rayon filialının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının , Abşeron rayon İcra Hakimiyyətinin və AAAF Park Yaşayış Kompleksinin dəstəyi ilə Kompleksdə fiziki məhdudiyyətli, istedadlı əlillərin əl işlərindən ibarət ənənəvi satış sərgisi təşkil edilib.


Den.az” xəbər verir ki, axşam saatlarında isə konsert keçirilərək həm layihə iştirakçıları, həm də qonaqlara müsbət xoş əhval-ruhiyyə bəxş edilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri şəhid anası Xatirə İsmayılova , İstedadlı Əlillər İB-nin sədri Qubad Qasımov və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən, əlillərə Ölkəmizidə göstərilən dövlət təstəyindən ətraflı bəhs edib. Qeyd edək ki, Sərgi zamanı fiziki məhdudiyyətli şəxslərin əl işləri Parkın girişində xüsusi masalarda qoyulaaq təqdim edilib. Yüzlərlə sakin və qonaqlar gün ərzində yaxınlaşaraq məhsullarla maraqlanıb, alış-veriş ediblər. Satışa çıxarılan malların keyfiyyəti, özünəməxsus şəkildə hazırlanması, gözoxşayan olması alıcılaın diqqətini çəkib və rəğbət qazanıb. Bu satış sərgisinin təşkilində məqsəd istedadlı əlillərin aşkarlanıb üzə çıxarılması və onların maddi rifahının yaxşılaşdırılmasına dəstək olmaqdır.


Qeyd edək ki, sərgi iki gün davam edəcək. 











Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar