29 
iyl
2023
23:45
148

Kolumbiya prezidentinin oğlu və onun keçmiş həyat yoldaşı saxlanıldı - FOTO

29 iyl, 2023
23:45
148

Kolumbiya prezidentinin oğlu və onun keçmiş həyat yoldaşı saxlanıldı - FOTO

Kolumbiya Prezidentinin oğlu Nikolas Petro və onun keçmiş həyat yoldaşı Day Vaskes prokurorluq tərəfindən saxlanılıb.

"Den.az" xəbər verir ki, bu barədə ölkənin baş prokuroru məlumat verib.


Onun verdiyi açıqlamaya görə, Kolumbiya prezidenti Qustavo Petronun oğlu Nikolas Petro və onun keçmiş həyat yoldaşı Day Vaskes çirkli pulların yuyulması və qanunsuz varlanma cinayətlərinə görə saxlanılıblar.
Prokurorluğun məlumatına görə, Atlantiko Departamentindən olan hazırkı deputat keçmiş həyat yoldaşı Day Vaskesin ittihamlarından sonra ona qarşı qaldırılan proseslə bağlı ələ keçirilib. Belə ki, onun atası Qustavo Petronun prezidentlik kampaniyası zamanı çirkli pullar aldığı və bu pullardan öz xeyrinə istifadə etdiyi iddia edilib.(Oxu.az)











Bizimlə əlaqə saxlayın

Çox oxunanlar