30 
iyl
2023
22:07
326

Məşhur müğənninin həyat yoldaşı özünü pəncərədən atdı - FOTO

30 iyl, 2023
22:07
326

Məşhur müğənninin həyat yoldaşı özünü pəncərədən atdı - FOTO

1990-cı illərin ulduzu Natalinin əri və prodüseri Aleksandr Rudin Moskvada özünü pəncərədən ataraq intihar edib.

Den.az xəbər verir ki, 53 yaşlı kişinin cəsədi Belomorskaya küçəsindəki evlərin birinin girişində tapılıb. Faciəli xəbəri "Mash" teleqram kanalı yayıb.

Bildirilib ki, son iki il ərzində Aleksandr koronavirus fəsadları səbəbindən depressiyadan əziyyət çəkirdi. Ölümündən bir müddət əvvəl atasının ölümü ilə əlaqədar prodüserin vəziyyəti pisləşib. İlkin məlumata görə, intihara məhz bu səbəb olub.

49 yaşlı ifaçı üçün bu, son vaxtlar üçüncü böyük itki olub: o, üç il əvvəl atasını, iki həftə əvvəl isə qayınatasını itirib.

Xatırladaq ki, Aleksandr və Natali 1991-ci ildə evləniblər. Onların üç oğul övladı var.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar