31 
iyl
2023
13:49
180

İlham Əliyev daha 7 fərman İMZALADI

31 iyl, 2023
13:49
180

İlham Əliyev daha 7 fərman İMZALADI

Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 13 mart tarixli 735 nömrəli, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Den.az AZƏRTAC-a istinadla fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 28.5.2-ci, 94-1.1-ci, 94-3.2-ci və 94-3.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 94-1.1-ci və 94-3.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 94-3.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. altı ay müddətində:

2.1.1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 94-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.2. həmin Qanunun 94-3.3-cü maddəsinə uyğun olaraq, müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxılan şəxslərə dair tələbləri, imtahanın keçirilmə qaydasını, müstəqil ekspert sertifikatının formasını və verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələbləri;

3.1.2. həmin Qanunun 10.6-cı maddəsinin birinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafeləri üzrə risklərin sığortaçılar tərəfindən xarici sığortaçılarda təkrarsığortalanmasına dair hədləri və tələbləri;

3.1.3. həmin Qanunun 25.3-cü maddəsinə uyğun olaraq, sığortaçılar üçün korporativ idarəetmə standartlarını;

3.1.4. həmin Qanunun 38.1-ci maddəsinin beşinci cümləsinə uyğun olaraq, sığortaçıda Direktorlar Şurasının və İdarə Heyətinin sədri və üzvləri ilə müsahibə keçirilməsi qaydasını;

3.1.5. həmin Qanunun 44.1.6-1-ci maddəsinə uyğun olaraq, məlumatın formasını;

3.1.6. həmin Qanunun 81.8-ci maddəsinə uyğun olaraq, sığorta ehtiyatlarının formalaşdırılması qaydalarını və katastrofik risklərin meyarlarını;

3.1.7. həmin Qanunun 81-6.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, aktuari rəyinin məzmununu, formasını və təqdim edilməsi qaydasını;

3.1.8. həmin Qanunun 94-1.10-cu maddəsinə uyğun olaraq, müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum tələbləri;

3.1.9. həmin Qanunun 95.5-ci maddəsinə uyğun olaraq, sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarlarını;

3.2. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 735 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 184; 2013, № 12, maddə 1516; 2014, № 10, maddə 1182; 2016, № 3, maddə 453; 2020, № 7, maddə 860; 2022, № 8, maddə 867) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “1.1.9-cu, 1.1.12-ci və 16.6-cı” sözləri “1.1.12-ci, 16.6-cı, 28.5.2-ci, 94-1.1-ci, 94-3.2-ci və 94-3.3-cü” sözləri ilə əvəz edilsin;

4.2. 2.1-1-ci bənddə “və 16.6-cı” sözləri “, 16.6-cı, 94-1.1-ci və 94-3.3-cü” sözləri ilə əvəz edilsin;

4.3. 2.2-ci bənd ləğv edilsin;

4.4. 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:

“2.4. həmin Qanunun 94-3.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.”.

5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665, № 8, maddə 1369; 2017, № 7, maddə 1332; 2019, № 3, maddələr 405, 411; 2020, № 4, maddə 397, № 7, maddə 895; 2021, № 2, maddə 125; 2023, № 3, maddələr 350, 379) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə aşağıdakı məzmunda 2.1.3-3-cü yarımbənd əlavə edilsin:

“2.1.3-3. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müstəqil ekspert sertifikatının verilməsi məqsədilə imtahanlar keçirir və imtahanlardan müvəffəqiyyətlə keçən şəxslərə sertifikat verir;”

***

Prezident İlham Əliyev “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 949-VIQD nömrəli Qanununun tətbiqi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34-2.0-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həmin Qanunun 34-2.0.11-ci maddəsi üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

1.2. həmin Qanunun 75-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına münasibətdə müvafiq yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsi və Azərbaycan Yaşıl Kartı üzrə isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 949-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

3.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34-1.4-cü maddəsinə uyğun olaraq, icbari sığortalar üzrə informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 949-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 794; 2013, № 11, maddə 1340; 2014, № 12, maddə 1569; 2017, № 1, maddə 60, № 8, maddə 1521; 2018, № 9, maddə 1840; 2022, № 5, maddə 475, № 8, maddə 844, № 11, maddə 1254) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.3.9-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.3.10-cu yarımbənd əlavə edilsin:

“4.3.10. həmin Qanunun 34-2.0.11-ci maddəsi üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə − Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.”;

4.2. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.4. həmin Qanunun 34-3.1-ci və 34-4.1.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına münasibətdə müvafiq yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, müvafiq yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, sərhəd sığorta müqaviləsi və Azərbaycan Yaşıl Kartı üzrə isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;”;

4.3. aşağıdakı məzmunda 4.5-ci bənd əlavə edilsin:

“4.5. həmin Qanunun 75-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına münasibətdə müvafiq yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsi və Azərbaycan Yaşıl Kartı üzrə isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.”.

***

Prezident İlham Əliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 608; 2014, № 1, maddə 20, № 6, maddə 633, № 11, maddə 1395; 2016, № 3, maddə 454) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənd ləğv edilsin.

2. 2.2-ci bənddə “həmin Qanunun” sözləri “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilsin.

3. 2.4-cü bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 2.5-ci bənd ləğv edilsin.

***

Prezident İlham Əliyev “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1392) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1.1-ci yarımbənddən birinci və ikinci hallarda “(hər iki halda)” və “10.4-cü maddəsində” sözləri çıxarılsın.

2. 3.1.5-ci yarımbənddən “(birinci halda)” sözləri çıxarılsın.

3. 3.1.6-cı yarımbənd ləğv edilsin.

4. 3.1.7-ci yarımbənddən “(ikinci halda)” sözləri çıxarılsın.

5. 3.3-cü bəndin birinci cümləsində “Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri “Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2015-ci il 14 iyul tarixli 566 nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 9 mart tarixli 820 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci, 30.5-2-ci və 83.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.0.18-ci və 30.5-2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 83.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 3.6-1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü qaydasını;

3.1.2. həmin Qanunun 30.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, banklar və xarici bankların yerli filialları tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi həcmini və qaydasını;

3.1.3. həmin Qanunun 31.13-cü maddəsinə uyğun olaraq, investisiya şirkətləri üçün korporativ idarəetmə standartlarını;

3.1.4. həmin Qanunun 34.5-ci maddəsinə uyğun olaraq, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların fəaliyyəti və göstərdiyi xidmətlər barədə hesabatların tərtib və təqdim edilməsi qaydalarını;

3.1.5. həmin Qanunun 43.3-1-ci maddəsinə uyğun olaraq, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların ixtisas şəhadətnaməsinə malik olmalı işçilərinin sayına dair tələbləri;

3.1.6. həmin Qanunun 62.6.1.5-ci və 66.1.12-ci maddələrinə uyğun olaraq, məlumatın formasını;

3.1.7. həmin Qanunun 63.2-ci maddəsinin beşinci cümləsinə uyğun olaraq, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanının və müşahidə şurasının üzvləri ilə, habelə xarici investisiya şirkətinin filiallarının rəhbərləri ilə müsahibə keçirilməsi qaydasını;

3.1.8. həmin Qanunun 74-2.1.4-cü maddəsinə uyğun olaraq, investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün tələbləri;

3.1.9. həmin Qanunun 83.1.5-1-ci maddəsinə uyğun olaraq, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri;

3.2. təsisçi qismində Milli Depozit Mərkəzinin nizamnaməsinin təsdiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün;

3.3. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 834; 2016, № 6, maddə 1049; 2017, № 5, maddə 847; 2019, № 7, maddə 1214; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 may tarixli 2141 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “1.0.22-ci və 16.16.4-cü” sözləri “1.0.18-ci, 30.5-2-ci və 83.4-cü” sözləri ilə əvəz edilsin;

4.2. 2.1-1-ci bənd ləğv edilsin;

4.3. 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.6-cı və 2.7-ci bəndlər əlavə edilsin:

“2.6. həmin Qanunun 1.0.18-ci və 30.5-2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

2.7. həmin Qanunun 83.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.”.

5. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 820 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 441) 3-cü hissəsi ləğv edilsin.

***

Prezident İlham Əliyev “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 946-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 12 noyabr tarixli 353 nömrəli, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 9 mart tarixli 821 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 946-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 28.5.1.5-ci və 36.1.15-ci maddələrinə uyğun olaraq, məlumatın formasını;

3.1.2. həmin Qanunun 40.4-cü maddəsinin birinci hissəsinin beşinci cümləsinə uyğun olaraq, səhmdar investisiya fondunun və idarəçinin icra orqanının və müşahidə şurasının üzvləri ilə müsahibənin keçirilməsi qaydasını;

3.1.3. həmin Qanunun 48.1.2-1-ci maddəsinə uyğun olaraq, səhmdar investisiya fondunda və idarəçidə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri;

3.2. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 946-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 353 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 969; 2016, № 6, maddə 1061) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.”.

5. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 821 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 442) 3-cü hissəsi ləğv edilsin.

***

Prezident İlham Əliyev “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 944-VIQD nömrəli Qanununun tətbiqi və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 7.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 7.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 944-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2063; 2018, № 5, maddə 907) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “2.0.9-cu, 7.1.1-ci” sözləri “7.1.1-ci, 7.6-cı” sözləri ilə əvəz edilsin;

3.2. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.5. həmin Qanunun 7.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar