Xəbərin Kateqoriyası: Tibb (Sağlamlıq) / Qadın dünyası

Uşaqlarda qasıq yırtığı. Sualları uşaq cərrahı cavablandırır - Foto

Uşaqlar arasında qasıq yırtığı ən yayılmış cərrahi xəstəliklərdən biridir.

Uşaq cərrahı və uşaq uroloqu uzman Vüsal Cəfərov qasıq yırtığı ilə bağlı ən tez-tez verilən suallara ətraflı cavab verib.

Den.az sizə bu məlumatı təqdim edir.  

- Uşaqlarda ən çox qarşılaşdığınız cərrahi xəstəliklər hansılardır ?

- Həm poliklinikada müayinə etdiyimiz, həm də ən çox əməliyyat etdiyimiz uşaq cərrahi xəstəlikləri qasıq kanalı patologiyalarıdır. Buraya: qızlarda və oğlanlarda qasıq yırtığı, oğlanlarda Hidrosel (su yırtığı) və bunun qızlarda qarşılığı Nuck kanal kisti (çox nadir), oğlanlarda Kord kisti və kriptorxizm (Enməmiş xaya) daxildir.

Qasıq yırtığı nədir və necə əmələ gəlir?

- Bildiyimiz kimi xayalar 7-ci aydan etibarən qarın içindən xayalığa doğru enməyə başlayırlar. Xayanı endirən Gubernakulum adlı toxuma qasıq kanalına girdiyi zaman özü ilə birlikdə qarın zarı kimi bilinən Peritonu da xayalığa qədər endirir  və nəticədə xayalıqla qarın boşluğu arasında bir əlaqə əmələ gəlir. Xayalar təqribən 35-38-ci həftələr arasında xayalığa enirlər. Enmə prosesinin arxasınca qarın boşluğu ilə xayalıq arasındaki əlaqə kəsilir - Prossesus Vaginalis bağlanır.

Qızlarda isə Uşaqlığın Girdə Bağı kanala girdikdən sonra qarın boşluğu ilə əlaqə kəsilməlidir. Bəhs etdiyimiz qarın boşluğu ilə olan əlaqə kəsilməzsə qarın içi orqanlar - oğlanlarda ən çox nazik və qalın bağırsaqlar, piylik, qızlarda isə yumurtalıq, yumurtalıq boruları və piylik qarın boşluğundan peritonun açıq qalmış çıxıntısı vasitəsi ilə qasıq kanalına keçərək yırtıq əmələ gətirirlər. Əgər açıq qalan periton çıxıntısı orqanların keçə biləcəyi genişlikdə deyilsə, çox dardırsa, o zaman qarın içi maye kanala toplanaraq Hidrosel – su yırtığı əmələ gətirirlər. Əgər kanalın hər iki tərəfi bağlanıb sadəcə orta hissəsi açıq qalarsa kord kistası  inkişaf edəcəkdir.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız