avq
2023
02:47
156

Misirdə polis bölməsinə hücum zamanı dörd nəfər ölüb

1 avq, 2023
02:47
156

Misirdə polis bölməsinə hücum zamanı dörd nəfər ölüb - FOTO

Misirdə məhbusların polis bölməsinə hücumu nəticəsində azı dörd təhlükəsizlik işçisi həlak olub.

"Den.az" xəbər verir ki, bu barədə Reuters təhlükəsizlik xidmətindəki iki mənbəyə istinadən məlumat yayıb.


Daha 6 nəfər xəsarət alıb. Ölənlər arasında polis polkovniki də var.


Agentliyin məlumatına görə, bir qrup məhbus Sinay yarımadasının şimalında yerləşən El Ariş şəhərinin mərkəzi polis idarəsində silah-sursat ələ keçirərək təhlükəsizlik əməkdaşlarına hücum edib.


Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar