avq
2023
18:27
228

Sürücülərin NƏZƏRİNƏ - Bu yol BAĞLANACAQ

1 avq, 2023
18:27
228

Sürücülərin NƏZƏRİNƏ - Bu yol BAĞLANACAQ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun paytaxtdan Şabran rayonu istiqamətində təmir-bərpa işlərinə başlayır.
 
Den.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, təmir-bərpa işləri magistral yolun 52-119,5 km-liyində müəyyən hissələrdə yerinə yetiriləcək.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin ediləcək.

Əks istiqamət üzrə ikitərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq.

Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etməyi tövsiyə edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar