avq
2023
16:25
143

Cəlilabadda korrupsiyaya qarşı mübarizə ilə bağlı iclas keçirilib-FOTO

2 avq, 2023
16:25
143

Cəlilabadda korrupsiyaya qarşı mübarizə ilə bağlı iclas keçirilib-FOTO

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov korrupsiyaya qarşı mübarizə ilə bağlı iclas keçirib.

"Den.az"-ın yerli bürosunun məlumatına görə, iclasda rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, RİH başçısı aparatının müavinləri, hüquq-mühafizə orqanları, rayon inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak edib.

Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı, Sərəncamla bağlı rayon icra hakimiyyətində Korrupsiyaya qarşı mübarizə komissiyasının yaradıldığını, komissiyanın Tədbirlər Planının təsdiq olunması barədə məlumat verib.

Rayon rəhbəri bildirib ki, korrupsiyaya qarşı mübarizə milli dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparılması istiqamətində görülən işlərin, həyata keçirilən islahatların və təşkilati tədbirlərin səmərəliliyi yüksəlmiş, korrupsiyaya qarşı mübarizənin aparılmasında rayon icra hakimiyyətinin də üzərinə düşən vəzifələr və məsuliyyət artmışdır. Ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı ciddi mübarizə aparmaq vəzifə borcumuzdur. Bu səbəbdən də rəhbər vəzifədə çalışan hər kəs rüşvət və korrupsiyaya qarşı barışmaz mövqe tutmalıdır.

Qeyd edək ki, bir neçə gün öncə rayonda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib və korrupsiya faktları üzrə vəzifəli şəxslər barədə cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar