avq
2023
12:36
174

Ərəblərin Azərbaycana marağı azalıb

3 avq, 2023
12:36
174

Ərəblərin Azərbaycana marağı azalıb

Azərbaycana gələn turistlərin ölkə mənşəyində dəyişiklik qeydə alınır. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk yarısında Avropadan Azərbaycana gələn turistlərin sayı 40% artsa da, körfəz ölkələrindən gələnlərin sayı 8,9% azalıb.

Den.az "Ölkə.Az"a istinadən xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, bu o deməkdir ki, Azərbaycana gələn Avropalıların sayı artıb, Ərəblərin sayı isə azalıb:

"Ən yüksək artımlar Çin (7,2 dəfə), Türkmənistan (3,9 dəfə) və Hindistandan (3,1 dəfə) gələn turistlərin sayında müşahidə olunub".
Millət vəkili bildirib ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur: "Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2,6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də, Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər".

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar