avq
2023
18:29
139

Çıxışı ilə dünyada gündəm olan afrikalı lider kimdir?

3 avq, 2023
18:29
139

Çıxışı ilə dünyada gündəm olan afrikalı lider kimdir?

“Bu qədər zənginliyə sahib olan Afrika bu gün necə dünyanın ən kasıb qitəsi ola bilər? Afrikalı liderlər nə üçün dilənmək məqsədi ilə dünyanı gəzirlər?”

Den.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Afrikanın yeni lideri olmağa namizəd İbrahim Traore deyib.
O, öz qitəsinə müraciət edərək bildirib ki, afrikalı prezidentlər imperialist dövlətlərin əlində oyuncaq olmamalıdır.


İ.Traore Afrika ölkələrinin hər sahədə özlərini idarə edəcək gücdə olduqlarını vurğulayıb.

Bəs, Afrikada imperialistlərin varlığına son qoyacağını deyən Burkina Faso prezidenti kimdir?

Dünyanın ən cavan prezidenti olan 35 yaşlı Traore “Müsəlman Tələbələr Dərnəyi”nin bir qolu olan “Uaqaduqu” universitetini bitirib. 

O, 2010-da Burkina Faso ordusuna qatılıb və 2019-da yaranan “Kobra” terrorla mübarizə qrupuna daxil olub. 2020-də isə ona kapitan rütbəsi verilib.

Traore 2022-ci ilin yanvarında Burkina Faso dövlət çevrilişinə dəstək verən vətənpərvər hərbi xuntanı müdafiə və bərpa üçün hakimiyyətə gətirən ordu zabitləri qrupunun lideri olub.

O, ölkənin müvəqqəti prezidenti kimi 2024-cü ilin iyulundakı seçkilərin keçirilməsini dəstəkləməyə söz verib.

Bununla yanaşı, Fransa və ABŞ-a uran ticarətini qadağan edən gənc prezidentin rusiyayönümlü olduğu bilinir.Ölkə.Az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar