avq
2023
23:11
146

Gəncədə mərmi izini xatırladan möhtəşəm Memorial Abidə yaradılır

3 avq, 2023
23:11
146

Gəncədə mərmi izini xatırladan möhtəşəm Memorial Abidə yaradılır - FOTO VİDEO

Yaxın zamanda prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Gəncə Memorial Kompleksinin tikintisinə başlanılacaq.

Bunu jurnalistlərə açıqlamasında dövlət şəhərsalma və arxitektura komitəsinin sədr müavini İlqar İsbatov bildirib.


Onun sözlərinə inşa ediləcək kompleks çərçivəsində şəhərin zərər dəymiş hissəsinin abadlaşdırılması və əhalinin istirahəti üçün geniş park yaradılacaq.
Kompleks 4 ha torpaq sahəsini əhatə edəcək. Memorial abidə 12 metr dərinliyə qədər enməsi nəzərdə tutulmuş yerə batırılmış mərmi izi təsəvvürü yaradacaq və minimalizm üslubunda olacaq. 
Muzey binasından başqa raket zərbələri nəticəsində dağıdılmış yaşayış evlərinin qalıqlarının və izlərinin saxlanılacağı hissə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub.
Ərazidə həmçinin, 3 ədəd giriş tağları, 1 ədəd fəvvarə, mühəndis qurğuları olan 1 ədəd qazanxana, 1 ədəd transformator yarımstansiyası, 1 ədəd yeraltı nasosxana, 2 ədəd yeraltı içməli və yanğın əleyhinə su çənlərinin inşası planlaşdırılır.
Qeyd edək ki, 17 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutuldu. Həmin raket zərbələri nəticəsində 13 nəfər həlak olub, 48 nəfər ağır xəsarət alıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar