avq
2023
14:37
216

Bakıda azyaşlını vəhşicəsinə döyənlər tapıldı

4 avq, 2023
14:37
216

Bakıda azyaşlını vəhşicəsinə döyənlər tapıldı

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparıb.

DİN-in mətbuat xidmətindən Den.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar. Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib. 

Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir. 

Hazırda təhqiqat araşdırmaları davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə azyaşlı oğlanın yeniyetmələr tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb. Paylaşılan görüntülərdə azyaşlının yeniyetmələr tərəfindən şiddətə məruz qalması əks olunub. Eyni zamanda, kamera görüntülərindən hadisə iki gün əvvəl-avqustun 2-də qeydə alındığı məlum olub. Belə ki, şəxsiyyətləri məlum olmayan iki yeniyetmə mağazanın qarşısında oturan azyaşlıya şiddət göstərir, daha sonra bunu telefonla çəkirlər. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar