avq
2023
18:40
423

Xaçmaz sakinlərini cərəyan vurub, ölən var

4 avq, 2023
18:40
423

Xaçmaz sakinlərini cərəyan vurub, ölən var -FOTO

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.


"Den.az "ın Şimal bürosu xəbər verir ki, hadisə rayonun Armudpadar kəndində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəlludlü Əhədov Əhəd Bəyəhməd oğlu və onun bacısı oğlu 1995-ci il təvəllüdlü Poladov Tural Novruz oğlunu həmin ərazidə yerləşən ərazidə su quyusu qazıyarkən istifadə etdikləri dəmir borudan elektrik cərəyanı vurub. 

T.Poladov xəstəxanaya yerləşdirilib. 

Ə.Əhədov isə hadisə yerindəcə ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Nüşabə Baxşıyeva

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar