avq
2023
01:46
192

Zaqatalada kollecdə başlayan yanğın söndürülüb - FOTO

5 avq, 2023
01:46
192

Zaqatalada kollecdə başlayan yanğın söndürülüb - FOTO

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində baş verən yanğın söndürülüb.

"Den.az"-ın Şimal-qərb bürosunun məlumatına görə, yanğın kollecin ümumi sahəsi 500 kv/m-lik hissəsində baş verib.


Yanğın baş verən hissədə kollecin mətbəxti və idman zalı yerləşib.
Yanğın gecə saat 00:16-da tam söndürülüb.


Yanğın nəticəsində binanın dam örtüyünün 450-kv/m-lik sahəsinin yanar konstruksiyaları, idman zalına yığılmış yeni invertarın bir hissəsi qismən yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar