Xəbərin Kateqoriyası: Tibb (Sağlamlıq) / Maraqli məlumatlar

Bu xəstəlikləri olanlara isti ayaq vannası ziyanlıdır

Soyuqdəyməyə qarşı mübarizə formalarından biri kimi ayaqların isti vannaya qoyulmasından istifadə edilir.
Bu, nə dərəcədə doğrudur?

Paytaxtdakı 19 nömrəli poliklinikanın həkim-terapevti Gülnarə Məmmədova bu barədə AZƏRTAC-a deyib: "Varikoz genişlənmə, tromboflebit olduqda ayaqların isti vannaya qoyulması xəstəliyin inkişaf etməsi ilə yanaşı, yeni problemlərin yaranmasına da səbəb ola bilər.


Böyrək xəstəlikləri zamanı da ayaqları isti suya qoymaq məsləhət görülmür.

Bundan əlavə, şəkərli diabet səbəbindən ayaqlarda meydana çıxan yaralar varsa, isti vanna qəbulu yolverilməzdir”.

Həkim-terapevt soyuqdəyməyə qarşı isti vanna qəbulu zamanı xardal yağından istifadə etməyin faydalı olduğunu bildirib. Lakin həmin prosedur zamanı suyun temperaturu təxminən 37-38 dərəcə olmalıdır.скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız