Xəbərin Kateqoriyası: Tibb (Sağlamlıq)

40 yaşınız tamam olubsa, mütləq bu qaydalara riayət edin

Mütəxəssislər 40 yaşı tamam olan qadınlara həyatında bəzi dəyişikliklər etməyi və müəyyən qaydalara riayət etməyi tövsiyə edirlər.

Den.az zdr.ru-ya istinadla bu qaydaları təqdim edir.

İlk növbədə alimlər 8 saatdan az olmayaraq yatmağı tövsiyə edirlər. Bu hormonal fonunu normada saxlamaq üçün çox vacibdir.

40 yaşdan sonra əzələ kütləsi sürətlə azalmağa başlayr. Bunun qarşısı almaq üçün qidalanmada kifayət qədər zülal olmalıdır. Zülallarla zəngin olan qidalar metabolizmi aktivləşdirir, formada qalmağa kömək edir.

Metabolizmi yaxşılaşdırmaq üçün içdiyiniz suyun miqdarını da artırır. Həmçinin su dərinin qocalmasını da ləngidir.  

40 yaşdan sonra sümük kütləsi də daha tez "əriməyə" başlayır. Bunun qarşısını almaq üçün qidalanmada kalsiumla zəngin olan qidaların miqdarını və fiziki aktivliyini artırmaq lazımdır.  Fiziki aktivlik əzələlərin və o cümlədən ürək əzələsinin tonusda olması üçün çox vacibdir.

Qadınlarda 40 yaşdan sonra ürək və damarları qoruyan estrogenlərin (qadın hormonları) səviyyəsi aşağı düşür ki, bu da ürək-damar sistemi xəstəliklərinin riskini artırır. Təzyiq və qanda şəkərin səviyyəsinə daim nəzarət edin.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız