avq
2023
19:00
154

Qızılağac Milli Parkının ərazisində yanğın başladı

6 avq, 2023
19:00
154

Qızılağac Milli Parkının ərazisində yanğın başladı

Qızılağac Milli Parkının ərazisində yanğın başlayıb.

Den.az bildirir ki, bu barədə FHN Mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar