avq
2023
01:30
214

Aliment verməyənlərin adları reyestrə salına bilər - VİDEO

7 avq, 2023
01:30
214

Aliment verməyənlərin adları reyestrə salına bilər - VİDEO

“Aliment tələbinə dair məhkəmə qərarlarının çoxu yerinə yetirilmir”.

"Den.az" Xezerxeber.az -a istinadən xəbər verir ki, bunu Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı millət vəkillərinə müraciət edənlərin sayı olduqca çoxdur.
Deputatın sözlərinə görə, problemin aradan qaldırılması üçün Aliment Fondu yaradılmalı və aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir.
H.Hüseynova qeyd edib ki, aliment ödəməyənlərin həbs olunması ilə problemi çözmək mümkün deyil:
“Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma, müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır. Aliment ödəməkdən imtina edən şəxslərin reyestrinin yaradılmasını təklif edirəm”.
Millət vəkili əlavə edib ki, məsələ yenidən parlamentdə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Aliment Fondunun yaradılması məsələsi bir neçə dəfə Ombudsmanın illik məruzələrinə daxil edilib. Sonradan məsələ Milli Məclis səviyyəsində müzakirə olunsa da, indiyə qədər Fondun yaradılması müsbət həllini tapmayıb.
Daha ətraflı videomaterialda:

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar