avq
2023
16:40
131

Zaqatalada FACİƏ: 1 yaşlı uşağın əli ətçəkən maşında qaldı - FOTO

7 avq, 2023
16:40
131

Zaqatalada FACİƏ: 1 yaşlı uşağın əli ətçəkən maşında qaldı - FOTO

Zaqatalada 1 yaşlı uşağın əli ətçəkən maşında qalıb.

Den.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1 yaşlı Ayxan Kazım oğlu Vəliyevin sağ əli ətçəkən maşınında qalıb. Körpənin əlini ətçəkən maşınından çıxaqmaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasedicilərdən ibarət qrupu cəlb edilib.

Xilasedicilər tərəfindən körpənin əli ətçəkən maşından çıxarılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) həkim briqadasına aidiyyəti üzrə təhvil verilib.

Hazırda A. Vəliyevin əli üzərində cərrahiyyə əməliyyatı aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar