avq
2023
13:39
191

“AzInTelecom” Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu

8 avq, 2023
13:39
191

“AzInTelecom” Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) İctimai Birliyinin üzvlüyünə qəbul edilib.

Den.az xəbər verir ki, “AzInTelecom” MMC-nin “AmCham”a üzvlüyü çərçivəsində işgüzar əlaqələrin yaradılması, problemlərin həllində mümkün dəstəyin əldə edilməsi, informasiya mübadiləsi və s. məqsədilə qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur.

İlk mərhələdə iki qurum arasında əməkdaşlıq mühitinin yaxşılaşdırılması istiqamətində görüş keçirilib. “AzInTelecom” MMC-nin nümayəndələri “AmCham”a üzvlük çərçivəsində qurumun gələcək fəaliyyəti ilə bağlı təkliflər səsləndiriblər. Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər arasında müqavilə imzalanıb.

Qeyd edək ki, 1996-cı ildə yaradılmış “AmCham”ın Azərbaycan iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən 260-dan çox üzvü var. “AzInTelecom” isə dövlət şirkəti olaraq bulud həlləri, beynəlxalq səs trafiki, biznes həlləri, informasiya təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və mərkəzləşdirilmiş informasiya sistemləri kimi geniş xidmətlər təqdim edir.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar