avq
2023
16:30
119

“Məktəbli formalarının qiyməti hər ailənin cibinə uyğun olmalıdır” - Bu iş necə tənzimlənir?

8 avq, 2023
16:30
119

“Məktəbli formalarının qiyməti hər ailənin cibinə uyğun olmalıdır” - Bu iş necə tənzimlənir?

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Məktəbli formaları dörd fərqli rəngdə şagirdlərin istifadəsinə veriləcək.

Qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Artıq bu il üçün nəzərdə tutulmuş məktəbli formalarının satışına start verilib. Bildirilib ki, cari ildən etibarən məktəbli formalarının olması məcburidir.


Bəziləri vahid formanının tətbiqini zəruri hesab etsə də, bir qisim vahid məktəbli formasına ehtiyac olmadığını düşünür.
 


Mövzu ilə bağlı AZXEBER.COM-a danışan  təhsil eksperti, professor Şahlar Əsgərov bildirib ki, formaların qiyməti hər ailənin büdcəsinə uyğun olmalıdır:

"Bu məsələ illərdir, müzakirə olunur. Təbii ki, vahid formanın olması yaxşı haldır, çünki məktəblini məsuliyyətli davranmağa sövq edir. Ancaq vahid məktəbli formasında bir neçə komponent öz əksini tapır. Mənəvi əhəmiyyəti olduğu kimi, biznes əhəmiyyəti də var. Vahid formanın tətbiqində təhsil komponenti daha önəmli olmalıdır. Şagird formanı geyinəndə əziyyət çəkməməli, şərəf duymalıdır.

Buna görə məktəbli formasının hansı rəngdə, parçada olmasından daha çox mənəvi dəyərini qiymətləndirməliyik. Mənəvi dəyəri qiymətləndirmiriksə,  məktəblər bir-birinə oxşuyursa, heç geyim də  fərqlənməli deyil”.

Şahlar Əsgərov hesab edir ki, bu məsələ geniş müzakirə olunmalıdır:

"10 ildir müzakirə olunur, nəticədə problem əhəmiyyətini itirir. Həm məktəb, həm valideyn, həm də şagird gözdən düşür. Ona görə ciddi müzakirəsinin tərəfdarıyam. Elm və Təhsil Nazirliyi mütəxəssisləri, psixoloqları, pedaqoqları yığıb, bir dəfəlik qərar verməlidir. Yoxsa, özbaşına qoyanda daha çox problemlər, valideynlər arasında narazılıq yaranır”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar