avq
2023
18:40
88

Ərəblər Azərbaycan klubunun hücumçusuna 800 min verməyə hazırdır -.ŞOK RƏQƏM!

8 avq, 2023
18:40
88

Ərəblər Azərbaycan klubunun hücumçusuna 800 min verməyə hazırdır -.ŞOK RƏQƏM!

"Sabah"ın hücumçusu Coy Lens Mikelsin Səuudiyyə Ərəbistanından aldığı təklifin maliyyə şərtləri məlum olub.

Den.az bildirir ki, Ərəblər 2 ildir ölkəmizdə legioner həyatı yaşayan almaniyalıya 800 miin avro ödəməyə hazırdır.

Onun Masazır klubu ilə müqaviləsi gələn ilin yayında bitəcək. Kontraktda belə bir bənd var ki, hücumçu 300 min avro ödəyərsə, sərbəst qala bilər.

Ötən mövsüm Premyer Lqada 16 qola imza atan Mikels getməyi başına qoyub. Bunu rəsmilərin və məşqçilərin də özlərinə də deyib.

Komandanın çalışdırıcısı Murad Musayev almaniyalı hücumçunun mümkün keçidi haqda bunları deyib:

"Kluba rəsmi təklif gəlib. Onu transfer etmək istəyən klub var.

Amma biz onu satmaq, onunla yollarımızı ayırmaq istəmirik.Çünki bizim vacib, lider oyunçularımızdan biridir.Amma müqaviləsində bənd var ki, özü müəyyən məbləğ ödəyərək sərbəst qala bilər.

Hələ ki, heç nə dəqiq deyil. Lens özü də yekun qərarını verməyib. Hadisələr necə inkişaf edəcək, bilmirəm".SPORTINFO.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar