avq
2023
10:15
144

Şəmkirdə ƏMƏLİYYAT

9 avq, 2023
10:15
144

Şəmkirdə ƏMƏLİYYAT

Şəmkir sakinlərində narkotik aşkarlanıb.

Den.az DİN-ə istinadla xəbər verir ki, keçirilən müvafiq tədbirlər nəticəsində rayon sakinləri Elçin Kazımlı, Nicat Səfiyev və Elçin Mustafayev saxlanılıb. Üzrələrinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman şübhəli şəxslərdən narkotik vasitə olan marixuana və metamfetamin aşkar olunaraq götürülüb.


Digər bir əməliyyatda rayon sakini Sadiq Nəbizadə saxlanılıb. Narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilindiyinə görə saxlanılan Vahid Ömərövun yaşadığı evə baxış keçirilən zaman oradan 1 kq çəkidə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Çinarlı kənd sakini Bəkir İbrahimovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə aşkarlanıb.
Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar