avq
2023
17:22
152

Xudatda növbəti iməclik keçirilib - FOTO

9 avq, 2023
17:22
152

Xudatda növbəti iməclik keçirilib - FOTO


Xudat şəhərində iməclik keçirilib.

"Den.az"-ın Şimal bürosu xəbər verir ki, Xudat şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər çərçivəsində Xudat şəhər Mənzil Kamunal Təsərüfatı İdarəsi (MKTİ) tərəfindən növbəti iməclik keçirilib. 

İməclikdə təsərrüfat xidmətinin əməkdaşları tərəfindən yaşayış massvlərində və həmçinin şəhərin mərkəzi küçələrində təmizlik işləri aparılmış, zibil tullantıları xüsusi texnikalar vasitəsilə təmizlənmiş, ərazidə olan alaq otları çıxarılmış və ərazi plastik tullantılardan təmizlənərək səliqə-səhman yaradılmışdır.

Onuda qeyd edək ki,  Xudat şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş iməcliklər və bu yönümdən olan aksiyalar ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı və həmçinin Xudatlıların Ulu öndərimizin əziz xatirəsinin yad olunmasına bir töhfə olmuşdur.

Mövsüm ərzində Xudat şəhərində Mənzil Kamunal Təsərüfatı İdarəsi (MKTİ) tərəfindən abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir. 

Nüşabə Mikayılqızı




Bizimlə əlaqə saxlayın

Çox oxunanlar