Xəbərin Kateqoriyası: Tibb (Sağlamlıq)

Zob xəstəliyinin 7 qeyri-adi simptomu

El arasında qalxanvari vəzi xəstəliklərinə "zob xəstəlikləri" deyilir. Azərbaycanda bu xəstəliklərə kifayət qədər tez-tez təsadüf edilir.

Qalxanvari vəzi xəstəliklərinin simptomları çoxdur və bu simptomlar öz müxtəlifliyi ilə seçilir. Bu səbəbdən bəzən zob xəstəliyi digər xəstəliklərlə qarışdırılır və onun diaqnozu gec qoyulur.

Den.az medikforuma-a istinadla zob xəstəliklərinin 7 qeyri-adi simptomunu təqdim edirik:

1. Əzələ və oynaq ağrıları, əzələlərdə qıcolmalar, odemlər.

2. Dərinin çox quru olması. Heç bir maska və krem kömək etmir, dəri dartınır, qabıq verir.

3. Qaşların tökülməsi.

4. Boyun nahiyəsində şişkinlik və boynun yoğunlaşması hissi. Belə insanlar "vodolazka", qalstuk kimi geyim və aksessurları taxa bilmir, boğulma və narahatçılıq hiss edirlər.   

5. Ağır və müalicəyə tabe olmayan qəbizlik.

6. "Səbəbsiz" diareya (ishal).

7. Xolesterinin yüksək səviyyədə olması və heç bir vasitə ilə (pəhriz, dərmanlar) bu problemi həll etməyin mümkün olmaması. Hal hazırda alimlər yüksək xolesterinin əsas səbəbini məhz qalxanvari vəzinin fəaliyyətində olan pozulmalarla əlaqələndirir. 

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız