10 
avq
2023
00:53
237

Bakıda qonşular arasında dava düşüb, xəsarət alan var

10 avq, 2023
00:53
237

Bakıda qonşular arasında dava düşüb, xəsarət alan var - FOTO

Bakıda qonşular arasında dava düşüb, xəsarət alan var.

DİN-in Mətbuat Xidmətindən "Den.az"-a bildirilib ki, avqustun 8-də saat 20:25 radələrində Yasamal rayonunun 1-ci Alatava küçəsində qonşular - 1969-cu il təvəllüdlü Bəhmənov Mirəli Mirəlövsət oğlu orada yaşayan 1971-ci il təvəllüdlü Həmidov Ədalət Mirzətulla oğluna kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən M.Bəhmənov saxlanılıb. Onlar arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar