10 
avq
2023
02:07
304

Sabirabadın ölüm nöqtəsi:SAKİNLƏRİN HƏYATI TƏHLÜKƏDƏ...

10 avq, 2023
02:07
304

Sabirabadın ölüm nöqtəsi:SAKİNLƏRİN HƏYATI TƏHLÜKƏDƏ... - FOTO VİDEO

Sabirabad rayonunda insanların həyatı üçün təhlükənin yarandığı iddia olunub.

Den.az xəbər verir ki, rayonun 5 kəndini işıqla təmin edən Azərişıq ASC-ə məxsus Transformator təhlükəli həddə çatıb.

Ərazidə yaşayan sakinlər iddia edirlər ki, Transformatorun bir tərəfi açıq qalıb. Hətta vəziyyət o yerə çatıb ki, bir neçə dəfə ona toxunan heyvanları tok vuraraq öldürüb.

Mövcud məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara məlumat versələrdə lakin bu günə kimi bir tədbir görən olmayıb.




 

 

 

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar