Xəbərin Kateqoriyası: Tibb (Sağlamlıq) / Qadın dünyası

Bu ucuz vasitələr dərinizi 5 il cavanlaşdıracaq

Effektli cavanlaşdırıcı kremlər, zərdablar və s. bu kimi vasitələr adətən çox bahalı olur və hər qadın onları əldə edə bilmir.

Lakin bəzi ucuz vasitələr də var ki, bu vasitələrdən istifadə etməklə dərini xeyli cavanlaşdırmaq mümkündür.

Den.az xəbər verir ki, Ukraynalı dermatoloq, trixoloq, kosmetoloq Anjela Petraş vesti-ukr.com saytına belə vasitələr haqqında danışıb. Mütəxəssisin sözlərinə görə, bu vasitələrdən müntəzəm istifadə edən qadın üz dərisini 5-7 yaş daha cavan edə bilər.

Kosmetoloq 2 vasitəni təqdim edir - lidaza və aloe. Hər ikisi apteklərdə ampullarda satılır və kifayət qədər ucuzdur.

Kosmetoloq lidaza və aloeni kompleks şəklində istifadə etməyi tövsiyə edir: səhər üz və boyun dərisini lidaza, axşam isə aloe ilə sürtün. Ampulaları bir neçə dəfə istifadə edə bilərsiniz. Açılmış ampulanı  soyuducuda saxlayın.

Müalicə kursu - 30 gün, sonra 3-4 ay fasilə verib yenidən təkrarlaya bilərsiniz.

Bu vasitələr dərini yumşaldır və təravətləndirir, qırışları hamarlayır, dəridə bərpa proseslərini stimullaşdırır.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız