10 
avq
2023
21:04
161

Lənkəranda batmaq təhlükəsi ilə üzləşən 28 yaşlı qadın xilas edilib

10 avq, 2023
21:04
161

Lənkəranda batmaq təhlükəsi ilə üzləşən 28 yaşlı qadın xilas edilib - FOTO

Lənkəranda daha bir nəfər xilas edilib.


"Den.az"-ın yerli bürosunun verdiyi məlumata görə Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində nəzarətsiz çimərlikdə bir nəfərin boğulma təhlükəsi ilə bağlı məlumat daxil olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-axtarış qrupu cəlb olunub. Dalğıc axtarış qrupu  boğulma təhlükəsi ilə üzləşən Masallı rayon Gəyəçöl kənd sakini 28 yaşlı Aysel Fazil qızı Seyfullayevanı xilas ediblər. A.Seyfullayeva Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.


Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-axtarış qrupu həmin ərazidə "Çimmək Qadağandır"  lövhələri quraşdırıb, çimmək qadağan edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar